Accessibility links

2015-ci il Avropa Olimpiya Oyunlarına hazırlıq qiymətləndirilir


Avropa Olimpiya Oyunlarına hazırlıq üzrə mətbuat konfransı

Avropa Olimpiya Oyunlarına hazırlıq üzrə mətbuat konfransı

Olimpiya oyunları Azərbaycanda keçiriləcək

Avropa Olimpiya Komitələrinin (AOK) əlaqələndirmə komissiyası sentyabrın 3-4-də 2015-ci ilin iyununda Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlığın gedişatını qiymətləndirmək məqsədilə Azərbaycanda 4-cü missiyasını həyata keçirib.

İki gün ərzində missiya üzvləri idman obyektlərinə baş çəkiblər, keçmiş Baş Poçt İdarəsinin binasında yeni “Bakı-2015” qərargah-mənzilinin açılışında iştirak edib.

Əlaqələndirmə Komissiyasının rəhbəri Spiros Kapralos deyib: “Biz AOK-un Əlaqələndirmə Komissiyasının axırdan əvvəlinci iclasında iştirak etmək üçün Bakıya qayıtmaqdan şadıq. İl yarım ərzində həyata keçirilmiş işlər müsbət təəssürat yaradır”.

Öz növbəsində, gənclər və idman naziri Azad Rəhimov bildirib ki, hökumət birinci Avropa Oyunlarının uğurla keçirilmək niyyətindədir. İşlər qrafik üzrə həyata keçirilir və bütün obyektlər fevralın 1-nə qədər təhvil veriləcək, ondan sonra isə sınaq rejimində yoxlanılacaq.

Bundan başqa, idman sahələri ətrafında təhlükəsizlik, yayım məsələlərinin təmin edilməsi üçün müvəqqəti köməkçi binalar tikiləcək.

Bundan başqa, könüllülərin təlimi, nəqliyyat və logistika məsələlərinin həlli də qarşıda durur.

Oyunların büdcəsi haqqında sualın cavabında Rəhimov bildirib ki, oyunların təşkilinə və keçirilməsinə yarılmış xərclər üç istiqamət üzrə təsnif edilir. Bu, idman arenalarına, şəhərin infrastrukturuna investisiyalar və əməliyyat xərcləridir.

Belə ki, 65 min nəfərlik Olimpiya Stadionunun tikintisinə təxminən 500 mln. manat ayrılıb. Su idman növləri stadionuna xərclər də təxminən 100 mln. manat təşkil edəcək.

Stend atışı kompleksinin tikintisi təxminən 50-60 mln. manata başa gələcək.

Heydər Əliyev adına İdman Sarayının əsaslı yenidənqurması üçün xərclər təxminən 20-25 mln. manat olaraq qiymətləndirilir. Əl Oyunları Sarayının yenidən qurulması üçün xərclər də təxminən 20 mln. manat təşkil edəcək.

Rəhimovun sözlərinə görə, yeni idman arenalarının tikintisi hələ oyunların keçirilməsi qərara alınmazdan əvvəl planlaşdırılırdı və başlamışdı.

Nazir oyunların hazırlanmasına və təşkilinə ayrılmış vəsaitin dəqiq məbləğini göstərməkdə çətinlik çəkərək, bu işlərin davam etdirildiyini bildirib. Oyunların hazırlanmasına artıq təxminən 70-80 mln. manat xərclənib.

Ermənistan idmançılarının səfərinə gəlincə, xarici jurnalistin bu barədə sualına cavabda Rəhimov deyib ki, bütün Avropa Olimpiya Komitələrinə dəvətnamələr göndərilib və bütün idmançıların təhlükəsizliyinə zəmanət verilir.

İndiyədək Ermənistan idmançıları Azərbaycana və Azərbaycan idmançıları Ermənistana yarışlara gedib. O, yaxın günlərdə Ermənistan MOK-un oyunlara dəvətnaməyə cavabını müəyyən edəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, 2015-ci il iyunun 12-28-də Bakıda 20 idman növü üzrə 6 mindən çox atletin iştirakı ilə ilk Avropa Oyunları keçiriləcək.

9 idman növü 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiadası üçün seçim oyunları olacaq: yay atışı, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, güllə atışı, üzmə, masaüstü tennis, taekvondo və triatlon.

XS
SM
MD
LG