Accessibility links

4 nəfər xəsarət alıb, avtomobillər zədələnib

Fevralın 13-də Bakıda “Azadlıq prospekti” metro stansiyasının yaxınlığında tikilməkdə olan ikimərtəbəli binada partlayış baş verib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Amerikanın Səsinə bildiriblər ki, ilkin məlumata görə 4 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Binəqədi rayon İdarəsinin 5-ci Polis Bölməsindən Amerikanın Səsinə deyiblər ki, partlayışa binanın altından keçən magistral qaz xəttindən qaz sızması səbəb olub. Partlayış nəticəsində tikili çöküb, yaxınlıqdakı bir neçə avtomobilə ziyan dəyib.
XS
SM
MD
LG