Accessibility links

İstanbulda Bakı-Tbilisi-Qars dəmir yolu müzakirə edilir


Bakı-Tbilisi-Qars dəmir yolu

Bakı-Tbilisi-Qars dəmir yolu

Dəmir yolu layihəsinin Əlaqələndirmə Şurası toplaşıb Dəmir yolu 2014-cü ilin əvvəlində istifadəyə veriləcək. İldə 15 mln ton yük daşınması planlaşdırılır

Martın 1-də İstanbulda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi Əlaqələndirmə Şurasının 5-ci iclası keçirilir

İki günlük iclasda Türkiyə, Gürcüstan və Azərbaycanın nəqliyyat nazirləri tikinti işlərinin vaxtında – 2014-cü ilin əvvəlində başa çatdırılması məsələsini müzakirə edəcəklər.

Azərbaycan Nəqliyyat Nazirliyi mətbuat xidmətinin məlumatına görə, hər üç ölkə arasındakı əlaqələrin inkişafı, tranzit yüklərin daşınma potensialı, BTQ dəmir yolu layihəsinin mövcud vəziyyəti, görülən işlər və perspektivdə nəzərdə tutulan digər məsələlərin müzakirə edilməsi planlaşdırılır

Bakı-Tbilisi-Qars dəmir yolu üç ölkənin dəmir yollarını birləşdirəcək və təkcə onların yox, Avropa-Qafqaz-Asiya dəhlizi üzrə ölkələrin nəqliyyat və iqtisadi əlaqələrini inkişaf etdirəcək.

Türkiyə və Gürcüstanda tikinti-yenidənqurma işləri 2007-ci ildən aparılır. Layihənin ilkin qiyməti 420 mln ABŞ dolları qiymətləndirilirdi. Amma sonradan bu məbləğ artırıldı. Layihənin əsas sponsoru Azərbaycandır. Bu dəmir yolu ilə ildə 15 mln ton yük daşınması planlaşdırılır.
XS
SM
MD
LG