Accessibility links

Azərbaycan, Rusiya və İran prezidentləri Bakıda görüşəcək


İlham Əliyev, Həsən Ruhani, Vladimir Putin

İlham Əliyev, Həsən Ruhani, Vladimir Putin

Bu bbarədə TASS İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpura istinadən bildirib.

İran xarici i.lər naziri Cavad Zərif iyulun 13-də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Astanada keçirilən iclasındakı çıxışında deyib ki, Tehran Xəzərin dəniz sektorlarının ədalətli bölünməsinə tərəfdardır.

“Bu akvatoriyada dəniz sektorlarının bölünməsi sahilyanı dövlətlər arasında ən mübahisəli məsələlərdən biridir. Odur ki, ölkələrin xüsusi coğrafi mövqeyini nəzərə almaq lazımdır”, o vurğulayıb.

Zərifin sözlərinə görə, hüquqi rejim elə işlənməlidir ki, bütün Xəzəryanı dövlətlərin maraqlarını təmin etsin.

Onun fikrincə, mühüm olan təhlükəsizlik məsələsidir.

“Məhz bu əsas aspekti etiraf etməklə, yəni dənizdən dinc məqsədlə istifadə olunması, silahlanmadan imtina edilməsi, münasibətlərdə hərbi gücə yol verilməməsi, təhdidlərə qarşı birgə mübarizə ilə regionda sülhü və sabitliyi təmin etmək olar”, o bildirib.

XS
SM
MD
LG