Accessibility links

Güclü külək yanğının söndürülməsini çətinləşdirib


Fövqəladə Hallatr Nazirliyinin məlumatına görə, Bakının mərkəzində, dəmiryol vağzalı yaxınlığında, Nəsimi rayonunda Mirəli Qaşqay 5 ünvanında tikilməkdə olan binanın 6-cı mərtəbəsində taxta qəliblərdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları yanğının söndürülməsi istiqamətində işlər aparır.

Amerikanın Səsinin müxbirinin hadisə yerindən verdiyi məlumata görə, yanğının söndürülməsinə 10-dan çox yanğınsöndürən maşın, çoxsaylı əməkdaş cəlb edilib.

Güclü külək əsdiyindən yanğının söndürülməsi xeyli çətinləşib, alov tez bir zamanda ətrafa yayılıb. Qonşu binalrada yaşayan insanlar evlərini tərk edir.

Hazırda yanğın qismən lokallaşdırlıb.
XS
SM
MD
LG