Accessibility links

Bakıda bir gecədə 65 millimetrədək yağış yağıb [Video]


Köməksiz qalan 35 nəfər xilas edilib

Sentyabrın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli yağışlar intensiv olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 18-65 (aylıq norma 12-23 mm-dir), Böyük Qafqazda 3-4, Mərkəzi Aran rayonlarında 3-29, Lənkəran-Astara zonasında 11-39, Kiçik Qafqazda 7-18, Qazax-Gəncə zonasında 2-6, Naxçıvan MR-da 1-7 mm. təşkil edib.

Şahdağda qar örtüyünün hündürlüyü 1 sm olub.

İntensiv yağışlar nəticəsində Bakinın avtomobil yollarında böyük tıxaclar yaranıb. Paytaxtın əksər küçələrində sel suları avtomobillərin və piyadaların hərəkərini məhdudlaşdırıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nazirliyin xidmətləri köməksiz qalan 35 nəfəri xilas edib.

XS
SM
MD
LG