Accessibility links

Ən çox yağıntı Sumqayıt və Bakıda olub - aylıq normanın 130 faizi


Bakıda yağış
Bakıda yağış

Hazırda yağışlar davam edir

Aprelin 23-ü axşamdan 24-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağıntılar şimal və şərq rayonlarında intensiv olub, ən çox düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ən çox düşən yağıntı Sumqayıtda olub 30 mm (aylıq normanın 130 faizi), Bakıda 26 mm (aylıq normanın 113 faizi), Maştağada 23 mm (aylıq normanın 25 faizi), Pirallahıda 16 mm (aylıq normanın 82 faizi), Çilov adasında 16 mm (aylıq normanın 89 faizi), Qubada 37 mm (aylıq normanın 77 faizi), Altıağacda 18 mm, Xaçmazda 17 mm, digər rayonlarda isə 1-13 mm olub.

Hazırda ölkə ərazisində yağışlar davam edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG