Accessibility links

Balkan ölkələrindəki gəncləri İŞİD-ə nə cəlb edir [Video]


Balkan ölkələrindəki gəncləri İŞİD-ə nə cəlb edir
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Balkan ölkələrindəki gəncləri İŞİD-ə nə cəlb edir

İnsanları islamçı ekstremizmə bir neçə yol aparır. Səbəblər ölkələrə və insanlara görə dəyişsə də, Albaniya, Bosniya, Kosovo və Makedoniya kimi Qərbi Balkan ölkələrində səbəblər arasında bəzi oxşarlıqlar mövcuddur. Zəif idarəçilik, eləcə də pul və nüfuz əldə etmək imkanlarının olmaması regiondakı radikallaşmanın əsas səbəblərindəndir.

Ümumi baxımdan Qərbi Balkanlarda sosial-iqtisadi və ya siyasi mühit ideal deyil. Bu da radikallaşmaq üçün əlverişli bir mühit yaradır.
Adrian Ştuni

Avropa Fransa və Belçikada islamçı yaraqlıların hücumları ilə sarsılsa da, indi əhalinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Qərbi Balkan ölkələri ilə bağlı narahatlıqlar daha da artır.

Adrian Ştuni Qərbi Balkanlardakı radikallaşma fenomeni ilə bağlı məqalələr yazıb və deyir ki, bu regiondan Suriya və İraqa çox sayda xarici döyüşçünün getməsi narahatlıq doğurur.

“Oraya səfər edən və öz yaşıdları tərəfindən radikallaşdırılan çox sayda insan var. Onlar öz dostları, bacı-qardaşları və digərləri tərəfindən radikallaşdırılır,” deyə o bildirir.

2011-ci ildən bəri Qərbi Balkanlardan islamçı yaraqlı qruplara təxminən min döyüşçü qoşulub.

“Radikallaşma həmçinin iqtisadi və sosial inkişafa böyük diqqətin ayrılmamasından yarana bilər” - deyə USAİD-in Avropa və Avrasiya regionu üzrə administrator yardımçısı Tomas Melia bildirir. Digər icmalar üçün isə o, fərqli səbəblər irəli sürür.

Kosovoda terror hücumunu planlaşdırmaqda şübhəli bilinən Kosovo albanını həbs edib
Kosovoda terror hücumunu planlaşdırmaqda şübhəli bilinən Kosovo albanını həbs edib

“Bəzən beynəlxalq təzyiq insanı səhv istiqamətə yönləndirərək onların radikallaşmasına və İslamın daha radikal baxışlarına üz tutmalarına səbəb olub. Bunu biz bir neçə ölkədə, əsasən də Albaniya, Kosovo və Bosniyanın bəzi hissələrində müşahidə etmişik,” deyə Melia bildirir.

Bu yaxınlarda The New York Times qəzetində bildirilib ki, Səudiyyə Ərəbistanının pulu və nüfuzu vəhabiliyi yayaraq bir zamanlar tolerant müsəlman cəmiyyətinə sahib olan Kosovonu –qəzetin sözləri ilə desək- “islamçı ekstremizmin mərkəzinə və cihadçıların keçdiyi kanala” çevirib.

Kosovo və digər ölkələr radikal islamın qarşısını almaq üçün bir sıra tədbirlər görsə də, Ştuni deyir ki, regiondakı zəif cəmiyyətlər hələ də təhlükəyə açıqdır.

Radikallaşma həmçinin iqtisadi və sosial inkişafa böyük diqqətin ayrılmamasından yarana bilər.
Tomas Melia

“Ümumi baxımdan Qərbi Balkanlarda sosial-iqtisadi və ya siyasi mühit ideal deyil. Bu da radikallaşmaq üçün əlverişli bir mühit yaradır,” Ştuni bildirir.

USAID-dən Melianın dediyinə görə, bu mühiti dəyişmək üçün aparılan səylərə daha yaxşı iqtisadi göstəricilər əldə etmək, daha çox imkanlar yaratmaq daxil olmalıdır və hökümət korrupsiya əməlləri törətmədiyini və ölkəni bütöv olaraq inkişaf etdirməyə çalışdığını göstərməlidir.

Tomas Melia: “Bu, bizim inkişaf planımıza uyğundur, hazırda isə bu inkişaf daha da vacibdir.”

Radikallaşma məsələsi Avropanın miqrant böhranı ilə daha da mürəkkəbləşib. Balkanlar Qərbi Avropaya əsas keçid yoludur. Müharibələrdən qaçan insanların axını ilə gərginləşən Avropa İttifaqının isə Balkanlardakı digər problemləri həll etmək üçün sərf edəcək daha az resursu var.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG