Accessibility links

Balkan yaramadasında son 100 ilin ən dəhşətli daşqını nəticəsində 20-dən çox insan həlak olub, minlərlə insan isə evsiz qalıb.

Beynəlxalq yardım səyləri artıq başlayıb. Serbiya, Xorvatiya, eləcə də Bosniya və Hersoqavinaya yardım və xilas səylərinə qoşulmaq üçün Rusiyanın yük təyyarələri bu gün Belqrada çatıb.

Bəzi insanların elektrik enerjisiz qalması və bəzi ərazilərdə torpaq sürüşməsi təhlükəsi minlərlə insanın evakuasiya edilməsi ilə nəticələnib.

Mütəxəssislər xəbərdarlıq edir ki, Mərkəzi Avropa regionunda son bir neçə gün ərzində 4 aylıq yağıntı düşməsi ölənlərin sayının artması ehtimalını çoxaldır

Təyyarədən görüntülər evlər, magistrallar və dəmir yolları da daxil olmaqla Bosniyanın demək olar ki, üçdə biri suyun altında qalıb.

Rəsmilər xəbərdarlıq edir ki, daşqın nəticəsində baş verən torpaq sürüşmələri 1990-cı illərdə Bosniya müharibəsindən qalan minalarla bağlı ciddi təhlükəyə səbəb olaraq yaralananların və ölənlərinin sayının artması ehtimalını çoxaldır.
XS
SM
MD
LG