Accessibility links

Balkanlar- Rusiya təsirinin və radikal İslamın kəsişdiyi nöqtə [Video]


Qərbi Balkan ölkələrinin iri müsəlman əhaliləri, həmçinin Rusiya ilə tarixi və mədəni əlaqələri bu ölkələri Rusiyanın təsiri ilə radikal islamçıların təhlükəsinə məruz qoyur

Ağ Ev bildirir ki, zorakı ekstremizm və Ukraynanın Rusiyadakı təcavüzü ABŞ milli təhlükəsizliyinə hədə törədən iki başlıca amildir. Bu iki təhlükənin cəmləşdiyi nöqtə isə Balkan regionudur. Siyasi qeyri-sabitlik, davam edən etnik gərginlik və iqtisadi tənəzzül bu ərazidəki ölkələri təhlükəyə daha çox məruz qoyur.

ilk öncə Balkanın əsas qüvvələrin çəkişmələrindən mühafizə olunması, ikincisi isə Yaxın Şərqdə baş verən hadisələrin Balkanlara təsir göstərməməsi olduqca vacibidir

Qərbi Balkan ölkələrinin iri müsəlman əhaliləri, həmçinin Rusiya ilə tarixi və mədəni əlaqələri bu ölkələri Rusiyanın təsiri ilə radikal islamçıların təhlükəsinə məruz qoyur. Sabiq ABŞ səfiri Frank Uisner və bir vaxtlar Serbiya ilə Kosovonun yekun statusu barədə danışıqlar aparan xüsusi nümayəndə deyir ki, Balkan regionu əsas mübarizə sferası olmasa da, təsirə məruz qalır.

“Fikrimcə ilk öncə Balkanın əsas qüvvələrin çəkişmələrindən mühafizə olunması, ikincisi isə Yaxın Şərqdə baş verən hadisələrin Balkanlara təsir göstərməməsi olduqca vacibidir. İkinci məsləyə gəlincə isə Suriya və Yaxın Şərqdən gələn və gedən təxribatçı qrupları təqib etmək Qərbi Avropa, Birləşmiş Ştatlar və Balkan ölkələrinin kəşfiyyat xidmətlərinin vəzifəsidir.

Albaniya, Bosniya və Kosovo kimi ölkələr vətəndaşlarının xarici döyüşçü olmalarının qarşısını almaq üçün bir sıra qanunlar qəbul ediblər və radikal dəstələrin bəzi üzvlərini həbs ediblər. Lakin keçmiş ABŞ müdafiə rəsmisi, hazırda Atlantik Şuranın üzvü olan İan Brzejinski deyir ki, təxribatın qarşısını almaq uzun və mütəmadi səylər tələb edəcək.

“Vaxt keçdikcə bu, daha vacib və aktual məsələyə çevriləcək”.

ABŞ kəşfiyyat rəsmiləri bildirir ki, 2011-ci ildə Suriya münaqişəsi başlayandan bəri 20 mindən çox xarici döyüşçü oraya gedib ki, onlardan azı 3400-ü Qərblidir. Regiondan gələn rəsmi rəqəmlərə əsasən isə, azı 1000 döyüşçü Balkanlardan gedib.

Balkanalar həmçinin Rusiya və Qərb arasındakı mövcud gərginliyin içindədir. Bunu ABŞ-ın Dövlət katibi Con Kerri yaxın zamanda Senat alt-komitəsinə bildirib.

“Serbiya, Kosovo, Monteneqro, Makedoniya - hamısı atəş xəttindədir”.

Rusiya ənənəvilik əlaqələrindən istifadə edərək Serbiya üzərində gücünü saxlamaq və Balkanlarda varlığını genişləndirmək istəyir.

Məsələn, Serbiya qaz təchizatının 82 faizini Rusiyadan alır. Kreml isə Türkiyə, Yunanıstan, Makedoniya və Serbiyadan keçəcək qaz boru kəməri nəzərdə tutur.

Rusiya Sovet zamanı yaranan və hazırda mövcud olan regiondakı infrastruktur asılılığınadan faydalanır, Rusiya iqtisadiyyatı isə bunun üzərində qurulub

“Rusiya Sovet zamanı yaranan və hazırda mövcud olan regiondakı infrastruktur asılılığınadan faydalanır, Rusiya iqtisadiyyatı isə bunun üzərində qurulub".

Uisner deyir ki, bu təsirə müqavimət göstərmək üçün Serbiya və Kosovo Avropa İttifaqına daxil edilməlidir, Yunanlarla Makedoniyalılar isə uzunmüddətdir davam edən fəqliliklərinin öhdəsindən gəlməlidirlər.

“Bu məsələlər həll olunandan sonra Rusiya orada öz mənfi siyasətini yürüdə bilməyəcək və Balkanlarda lazımı ahəngliyi qorumaq asan olacaq”.

Təhlilçilər bildirir ki, Kreml Balkanlarda zəif təsisatlardan, geniş korrupsiyadan, və iqtisadi imkanların olmamasından sui-istifadə edir. Onlar bildirir ki, bunun çarəsi isə Qərbin dəstəyində və Avropaya sürətli inteqrasiyadır.

XS
SM
MD
LG