Accessibility links

Balıq toruna düşmüş balinanın xilası davam etdirilir

  • Amerikanın səsi

Kaliforniya ştatının cənub sahilində Təbiəti Müdafiə qrupu balıq toruna düşmüş balinanı azad etməyə çalışır.

Böyük boz balinanın üzgəclərindən biri torun üzərindəki qarmağa ilişib. Qrup üzvlərinin sözlərinə görə, sonradan başqa bir qarmağın balığın ağız nahiyəsinə ilişdiyi də məlum olub. Xilas qrupu 13 metr uzunluğu olan balinanın səhhətinin yaxşı olduğunu deyib. Onlar eyni zamanda balığın balıq toruna yeni düşdüyünü ehtimal edir. Balığı azad etmə cəhdi gün batanda dayandırılıb. Rəsmilər bu gün əməliyyatın davam etdiriləcəyini bildiriblər.

XS
SM
MD
LG