Accessibility links

Baltimor dirçəlişə can atır [Video]


Şəhərdə bir həftəlik qadağan saatı tətbiq edilib. Bundan əlavə minlərlə polis zabiti və qoşunlar küçələrdə keşik çəkirlər.

Afro-amerikalının həbsxanada vəfat etməsindən sonra iğtişaşların baş verdiyi ABŞ-ın şərqi Baltimor şəhərində rəsmilər və vətəndaş qrupları asayişi bərpa etməyə çalışırlar. Şəhərdə bir həftəlik qadağan saatı tətbiq edilib. Bundan əlavə minlərlə polis zabiti və qoşunlar küçələrdə keşik çəkirlər. Rəsmilər və həmçinin adi vətəndaşlar iğtişaşı qınayıblar, lakin xəbərdarlıq ediblər ki, asayişin bərpa olunması zorakılığın səbəblərini aradan qaldırmır.

Baltimor dirçələcək. Əlbətdə ki, biz bunun öhdəsindən gələcəyik. Amma bunun baş verməsi üçün insanlar prosesdə iştirak etməlidirlər, kürsüdə deyil, səngərlərdə olmalıdırlar

Bazar ertəsi gecə baş verən iğtişaşlardan sonra Baltimor normal həyata qayıtmağa çalışır.

“Baltimor dirçələcək. Əlbətdə ki, biz bunun öhdəsindən gələcəyik. Amma bunun baş verməsi üçün insanlar prosesdə iştirak etməlidirlər, kürsüdə deyil, səngərlərdə olmalıdırlar.”

Baltimorun mayoru Stefani Roulinqs-Bleyk çərşənbə axşamı vətəndaşların qarşısında etdiyi çıxışı zamanı müsbət hallardan da danışıb.

“Biz elə insanlar gördük ki, onlar birlik olub şəhəri təmizləməyə, bərpa etməyə yardıma gəldilər. Məncə bizim müəyyənləşdirən məqamımız bu olmalıdır, dünən baş verən iğtişaş deyil.”

Baltimor polisi bildirib ki, nümayişə cinayətkar dəstələr qoşulduqdan sonra dinc nümayişlər zorakı hal alıb. Polis şöbəsi isə bunu gözləmirdi.

Çərşənbə axşamı bir çox məktəb və iş yerləri bağlı olub və şəhərdə keçiriləcək beyzbol oyunu təxirə salınıb. Rəsmilər bir həftə boyunca gecə kommendant saatı tətbiq ediblər. Fövqəladə hallar istisna olmaqla, gecə saat 10-dan səhər saat 5-ədək küçədə heç kəsin olmasına icazə yoxdur.

İğtişaşlar aprelin 12-də həbs olunandan sonra onurğa sütununa dəyən zədə nəticəsində keçinən Freddi Qreyin dəfn mərasiminin ardınca başlayıb.

Bu hadisə son aylarda silahsız afro-amerikalıların əsasən ağ polis zabitləri əlində qətllərinin sırasında ən yenisidir.

“Mənim ürəyim Baltimorda yaşayan bu və digər icmaların insanlarına ağrıyır. Mən bu hadisəyə qarışan hər bir gənc üçün kədərlənirəm. Başa düşürəm ki, onlar qəzəblidirlər və elə düşünürlər ki, heç kəs onları dinləmək istəmir, amma bunu Martin Luter Kinq kimi dinc şəkildə etmək lazımdır.”

Biz elə insanlar gördük ki, onlar birlik olub şəhəri təmizləməyə, bərpa etməyə yardıma gəldilər. Məncə bizim müəyyənləşdirən məqamımız bu olmalıdır, dünən baş verən iğtişaş deyil

Prezident Barak Obama hüquq-mühafizə orqanalrının dərin kök salmış bu sosial problemi tək həll edə bilməyəcəklərini deyib.

“Biz bunu polisin öhdəsinə buraxa bilmərik. Məncə bəzi polis şöbələri də özlərini sorğulamalıdırlar, bəzi icmalar da özlərini sorğulamalıdırlar. Ən əsası isə biz ölkə olaraq özümüzü sorğulamalıyıq.”

Lakin prezident onu da vurğulayıb ki, əmlakları dağıtmaq və mağazaları qarət etmək legitim etiraz forması deyil və bunu edənlər məsuliyyətə cəlb olunmalıdır.

XS
SM
MD
LG