Accessibility links

Baltimor icması polislə münasibətlərin yaxşılaşmasına ümid bəsləyir [Video]


İcma polislə arasındakı münasibətləri bərpa etməyə çalışdığı bir vaxtda şəhərdə gərginlik yüksək olaraq qalır

Merilend ştatının Baltimor şəhərində sabitlik bərqərar olub. Ötən ay şəhərin afro-amerikalıların çoxluq təşkil etdiyi məhəllələrində polisə qarşı zorakı nümayişlər və üsyanlar baş verib. Üçü afro-amerikalı olmaqla altı polis zabiti şəhər sakini Freddi Qreyin ölümündə ittiham olunurlar. Ştat ittihamçısı 25 yaşlı qaradərili Qreyinn nahaq həbs olunduğunu və polis nəzarətində olduğu zaman onurğasına aldığı xəsarətdən keçindiyini bildirib. İcma polislə arasındakı münasibətləri bərpa etməyə çalışdığı bir vaxtda şəhərdə gərginlik yüksək olaraq qalır.

Biz elə bir polis idarəsinə inanmalıyıq ki, onlar ürəkdən icmalarına nəzarət etmək istəsinlər. Biz polislə əlbir olub daha təhlükəsiz icmalar yaratmalıyıq. Bunu etmək üçün isə bizim aramızda inam yaranmalıdır

Baltimordakı nümayişlər və üsyanlar polis və xidmət etdiyi icmalar arasındakı çətin münasibətləri göstərir.

Polis zabitləri qətlin çox olduğu və silahlardan atəşin çox açıldığı məhəllələrdə cinyaəti azaltmaq istədiklərini deyirlər. Sakinlər isə polisi qəddarlıq və aqressiv taktikalaradan istifadə etməkdə günahlandırırlar.

“Polislər qaradərililərlə istədikləri kimi rəftar edə bilməzlər. Əslində bu heç ağdərili-qaradərili məsələsi deyil, amma bizim qardaşlarımızın çoxu özlərini narahat hiss edir.”

Hər iki tərəf bir-birinə qarşı inamsızlıq hiss edir. Həm Baltimor sakinləri həm də polis zabitləri. Onları birləşdirmək isə güclü səylər tələb edir.”

İcma liderləri Freddi Qreyin ölümündən sonra polisə inamın azaldığını deyirlər.

Baltimorun meri Stefani Raulinqs-Bleyk bildirib ki, Ədliyyə Departamenti polis bölmələrində diskriminasiya və ya pis rəftarın mövcud olub-olmadığını öyrənmək üçün vətəndaş hüquqları istintaqı başladacaq.

“Biz elə bir polis idarəsinə inanmalıyıq ki, onlar ürəkdən icmalarına nəzarət etmək istəsinlər. Biz polislə əlbir olub daha təhlükəsiz icmalar yaratmalıyıq. Bunu etmək üçün isə bizim aramızda inam yaranmalıdır.”

Bu icmanın bəzi fərdləri polislə münasibətləri bərpa etməyin yollarını araşdırırlar.

“Bu günlərdə polis sənin nə istədiyini bilmir, sən də polisin nə istədiyini.”

Coan Bryuer illərdir polisdən oğlunun və nəvəsinin qatilini tapmaqlarını istəyir. O, polisin illər öncə etdiyi kimi insanlarla münasibət qurmağını istəyir.

Polis zabitləri yaxşı vasitəçi, təşkilatçı və problem həllediciləri ola bilərlər. Bunun üçün isə onların icmaları bir araya gətirməyə lazım olan resursları olmalıdır, çünki insanlarla əlaqə quran ilk onlar olur

“O vaxtlar polislər keşikçilik edəndə biz onları adları ilə tanıyırdıq. Onlar məhəllədəki ailələri tanıyırdı. Problemin olanda onlara deyirdin və onları onu həll edirdilər. Problem isə indi ondandır ki, polis keşikçilik etməyi dayandırdı.”

Sabiq Baltimor polis zabiti Rob Ueinhold bununla razılaşır.

“Polis zabitləri yaxşı vasitəçi, təşkilatçı və problem həllediciləri ola bilərlər. Bunun üçün isə onların icmaları bir araya gətirməyə lazım olan resursları olmalıdır, çünki insanlarla əlaqə quran ilk onlar olur.”

Sakinlərin polisə inamı ən aşağı nöqtəsindədir. İcma liderləri və sakinlər isə bu inamın bərpa olunmasının illər alacağını təxmin edirlər.

XS
SM
MD
LG