Accessibility links

Baltimor şəhərinin polis komissarı deyib ki, bazar ertəsi keçirilən nümayişlərin ardınca rəsmilər gecə kommendant saatı tətbiq etdikdən sonra şəhərdə sabitlik bərqərar olub.

Dünən kommendant saatına riayət etməyən bir qrup insan küçədə qalmaqda davam edib.

Kütlə Baltimorun qərbindəki yol ayrıcında bazar ertəsi ən güclü qarşıdurmanın baş verdiyi yerə toplaşıb.

Polis kütlənin dağılmasını əmr etdikdə bəzi insanlar polisə butulka atıb.

Lakin qadağa saatının qüvvəyə minməsindən bir saat sonra nümayişçilərin əksəriyyəti ərazını tərk edib.

Televiziya vasitəsi ilə yayımlanan görüntülərdə onlarla Milli Qvardiya əsgərinin küçələrdə, zirehli maşınlarda vəzifələrini yerinə yetirdikləri nümayiş etdirilib.

Bütün irqlərdən olan şəhər sakinləri dünən yandırılmış və qarət edilmiş mağazalar, supermarketlərə görə göz yaşı içində şəhəri təmizləməyə kömək edib.

Polis bazar ertəsi 235 nəfəri həbs edib. Hadisədə 20 polis zabiti xəsarət alıb. 150-ə yaxın maşın yandırılıb.

XS
SM
MD
LG