Accessibility links

Freddi Qreyin ölümündə altı polis zabiti ittiham olunur


Loretta Linç

Loretta Linç

Merilend ştatında məhkəmənin münsiflər heyəti qərar çıxarıb.

ABŞ-ın Merilend ştatında məhkəmənin münsiflər heyəti polis afro-amerikalı gəncin polis nəzarətində ikən ölümündə ittiham olununan altı polis zabitini təqsirləndiriblər.

Prokuror, ştat vəkili Merilin Mosbi münsiflər heyətinin Baltimor Polis departamentinin zabitlərini rəsmi olaraq mühakimə etmək üçün əsaslı səbəblərinin olduğunu deyib.

Polis nəzarətində aldığı xəsarətlərdən vəfat edən Freddi Qreyin ölümü qaradərililərin çoxluq təşkil etdiyi Baltimor şəhərində polis və yoxsul məhəllələr arasında qarşıdurmaya səbəb olub və şəhərdə iğtişaşlar baş verib.

ABŞ-ın baş prokuroru Loretta Linç Baltimor Polis Departamentinin vətəndaş haqları pozuntularına yol verib-vermədiyini müəyyən etmək üçün departmentə qarşı federal istintaq başladıb.

XS
SM
MD
LG