Accessibility links

Baltimorun iki sakini xoş cağları xatırlayır [Video]


1968-ci il iğtişaşlarından sonra Qərbi Baltimor məhəlləsi dəyişməyə başlayıb

Ötən ay Merilend ştatının Baltimor şəhərində qaradərili gəncin polis nəzarətində olduğu zaman vəfat etməsi son 50 ildə ABŞ-ın böyük sənaye şəhərlərində afro-amerikalıların üzləşdiyi dərin kök salmış sosio-iqtisadi problemləri qabartdı.

Linka Kis üç övladını özünün böyüdüyü yerdə Baltimorun Drug Heights məhəlləsində böyüdür.

O deyir ki, narkotik, zorakılıq və cinayət hər zaman Qərbi Baltimorun bir cizgisi olub.

“Burada doğrudan da atışmalara şahid olurduq, burada çox diqqətli olmaq lazım idi. Mən özüm də bir dəfə atışmaların birində olmuşam.”

Linda uşaqları küçədə oynayanda onları gözündən uzağa buraxmır. O, ümid edir ki, bir gün ailəsi ilə birgə daha təhlükəsiz məhəlləyə köçməyə imkanı olacaq.

“Mən sadəcə övladlarımın yaşadığı mühitin dəyişməsini istəyirəm, çünki onların hər dəfə küçəyə çıxanda tində əllərində içkili adamları görmələrini istəmirəm.”

Keçmişdə onun məhəlləsi daha yaxşı olub. İndi isə evlərin çoxu boşdur. Bir zamanlar bu məhəllədə orta sinif afro-amerikalılar yaşayırdı. Sosial işçi Bronuin Meyden Qərbi Baltimorda böyüyüb.

Bu icmada vətəndaş haqları liderləri yetişib. Onlar burada məktəbə gediblər. Billi Hollidey kimi caz ustadları bu məhəllədə yaşayıb, ifa ediblər

“Bu icmada vətəndaş haqları liderləri yetişib. Onlar burada məktəbə gediblər. Billi Hollidey kimi caz ustadları bu məhəllədə yaşayıb, ifa ediblər.

1968-ci ildə vətəndaş haqları lideri Martin Luter Kinqin sui-qəsd xəbəri Baltimor və digər ABŞ şəhərlərində zorakılıqlara səbəb oldu. Baltimorun Pensilvaniya prospektində iğtişaşlar başladı.

Meyden deyir ki, 1968-ci il iğtişaşlarından sonra məhəllə dəyişməyə başladı.

“O iğtişaşlardan sonra Qərbi Baltimor tamamilə dayişdi.”

1950-ci ildən 1955 ilə-dək şəhərdə fabrikalarda 100 min iş yeri bağlandı. İxtisarların 30 mini təkcə ölkənin ən böyük polad zavodu olan Bethlehem zavodunda baş verdi. İki yüz mindən çox insan isə şəhəri tərk etdi.

Meyden deyir ki iş yerlərinin bağlanması və insanların şəhəri tərk etməsi Qərbi Baltimor məhəlləsinə ziyan vurdu.

Baltimor iğtişaşları

Baltimor iğtişaşları

“Bethlehem zavodunda işləyənlər ev ala bilərdilər. İndi isə insanlar yaxşı iş tapmaq üçün artıq universitetdə oxumalı idilər.”

Meyden bu yaxınlarda iğtişaşlarda iştirak edənləri daha yaxşı həyat üçün yalvaran uşaqlar kimi təsvir edir.

“Onlar toplu iqamətgahlarda və ya bu evlərdə valideyinləri ilə birlikdə yaşayan gənclərdir ki, onların bəziləri maddə istifadəçiləridir, bəziləri isə hətta həbsdədir. Onların qəzəb və çarəsizliklərini görmək olar və onlar bizdən çıxış yolları tapmağımızı istəyirlər.”

Linda Kis deyir ki, həll yollarından biri uşaqlara təməl dəyərləri öyrətməkdir.

“Mən ona görə deyirəm ki, problem harada yaşamaq yox, necə yaşamaqdır. Mən uşaqlarıma elə olmamağı öyrətməyə çalışıram. Biz həyatımızı bu cür yaşamayacağıq.”

XS
SM
MD
LG