Accessibility links

ABŞ-ın Merilend ştatının Baltimor şəhərinin meri Stefani Rollinqs-Bleyk şəhər polis idarəsinin komissarı Entoni Battsı vəzifəsindən azad etdiyini bəyan edib. "Son hadisələr bizim polis rəhbərlərinin daha diqqətli, cinayətkarlığa qarşıdaha ciddi mübarizə aparmalı olduğunu göstərdi. Buna görə də bizə dəyişiklik lazımdır," deyə mer bildirib.

Şəhər merinin çərşənbə günü açıqladığı bəyanat qaradərili gəncin polisin nəzarətində olarkən ölümündən və digər qətl hadisələrindən sonra Battsın tənqidlərə məruz qalmasından sonraya təsadüf edir.

Entoni Batts vəzifəsindən Freddi Qreyin aprel ayında həbs edilməsindən sonra ölməsi və buna görə Baltimor şəhərinin etiraz aksiyalarına səhnə olmasından iki ay yarım sonra azad edildi. Afro-amerikalı gəncin polis nəzarətində ikən ölümündə altı polis zabiti təqsirləndirilir.

Baltimorda baş qaldıran iğtişaşların ardınca şəhərdə qətl halları yüksəlmiş, həbslərin tempi isə azalmışdır.

Çərşənbə axşamı polislərin həmkarlar ittifaqı Batts və şəhər merini polislərə iğtişaşçılarla üzləşmək üçün lazımi avadanlıq və treninq verməməkdə günahlandırıb.

Həmkarlar ittifaqı 2,500 polisi təmsil edir.

XS
SM
MD
LG