Accessibility links

Baltimor sakinləri polis zorakılığına etiraz edir [Video]


Amerikanın Merilend ştatının polis idarəsində 25 yaşlı gəncin ölməsi ilə bağlı təhqiqatlar sona çatana qədər 6 polis işçisi ödənişli məzuniyyətə göndərilib. Freddi Qreyin həbs olunduğu Baltimor şəhərinin sakinləri polislə qaradərili icma arasında uzun sürən gərginliklə bağlı sualların cavablandırılmasını istəyir.

Bura Baltimor şəhərinin Freddi Qreyin aprel ayının 12-də polis tərəfındən həbs edildiyi məhəllədir. Polis zabiti ilə göz-gözə gələn Qrey qaçmağa başlayır. Lakin polis onu tutur və əllərini qandallayaraq, maşına minməyə məcbur edir. Bir həftə sonra isə Freddi Qrey xəstəxanada vəfat edir. Ailə vəkili onun fəqərə sütununun qırıldığını deyib.

Baltimor Polis İdarəsi hadisə ilə bağlı təhqiqatın nəticələrini gələn həftənin sonuna qədər açıqlayacağını bildirib. Qreyin ölümü ölkə boyu polisin vətəndaş hüquqlarını pozması ilə bağlı narazılıqların vüsət aldığı bir vaxta təsadüf edir.Şon Səndtoun məhəlləsinin sakinidir. “Bizim qaçmağımızın səbəbi budur ki, biz 90 faiz əminik, əgər qaçmasaq, bizə qarşı hansısa ittiham irəli sürülərək, həbs ediləcəyik.”

Melisa adlı sakin isə deyir ki, sən ya həbs ediləcəksən, ya da sənə xəsarət yetiriləcək. “Təəssüflər olsun ki, biz illərdir cəmiyyətə çatdırmaq istədiklərimizi kimsə öldükdən sonra çatdıra bilirik.”

Melisa da eyni məhəllədəndir və Şonun polisə etimadsızlığı ilə bağlı fikirlərini dəstəkləyir. “Onlara insanlara zülm etmək üçün ixtiyar verilib.”

Freddi Qreyin ölümündən sonra Baltimor sakinləri bir neçə etiraz yürüşü keçirib və bundan sonra da keçirməyi planlaşdırır.

İnsanlar şəhərin Baş Polis İdarəsinin qarşısına toplaşaraq şüarlar səsləndirirlər.

XS
SM
MD
LG