Accessibility links

Freddi Qreyin autopsiyasının nəticələri açıqlanıb


Aprel ayında Baltimor şəhərində polisin nəzarəti altında olarkən onurğa sümüyündən aldığı xəsarətdən ölən qaradərili gənc Freddi Qreyin autopsiyasının nəticələri açıqlanıb.

Autopsiyanın nəticələri göstərir ki, Fredi Qrey polis maşınının sürəti qəflətən azaldılan zaman boyun və onurğa sümüyündən ciddi xəsarət alıb.

Baltimore Sun qəzeti tibbi ekspertizanı aparan şəxsə istinadən bildirib ki, Qreyin ölümü qətl hadisəsi hesab edilir. Ona görə ki, onu həbs edən polis zabitləri təhlükəsizlik qaydalarına əməl etməməklə səhvə yol verib.

Autopsiyanın nəticələrinə dair sənəddə deyilir ki, polisə məxsus maşında aparılan Fred Qreyin əlləri və ayaqları qandallı olsa da, maşın bir neçə dəfə dayanan zaman onun təhlükəsizlik kəməri taxılmamış olub.

Freddi Qrey xəsarət aldıqdan bir həftə sonra ölüb. Onun ölümü şəhər boyu nümayişlərə səbəb olub.

Qreyin ölümü ilə əlaqədar altı polis zabiti həbs edilib və onların hər biri ittihamları rədd edib.

XS
SM
MD
LG