Accessibility links

Balmitor şəhərinin 6 polis zabiti həbs edilərək təcridxanaya aparılıblar. Dünən şəhərin baş prokuroru bu ayın əvvəli 25 yaşlı gəncin ölümü ilə bağlı irəli sürülən ittihamları açıqlamışdı.

Səhər Baltimor Baş Polis İdarəsində keçirilən mətbuat konfransında Merilin Mosbi aprelin 12-də polis zabitlərinin Freddie Qreyə qarşı hansı hərəkətləri etdiklərinin təfərrüatlarını açıqlayıb. 25 yaşlı Qrey aldığı zədələrdən ayın 19-da təcridxanada vəfat etmişdi.

Ən sərt ittiham Qreyi minivanda aparan sürücüyə qarşı irəli sürülüb və o, ikinci dərəcəli qətldə ittiham olunur. Digər cinayət ittihamlarına isə qeyri-iradi qətl, pis rəftar bə hücum, eləcə də yalnış həbsə atma daxildir.

ABŞ-ın Baltimor şəhərinin baş prokuroru bəyan edib ki, Freddie Qreyin həbsində iştirak edən 6 polis zabitinə qarşı cinayət ittihamları irəli sürülüb. Merilin Mosbinin sözlərinə görə, tibbi ekspertiza onun polis təcridxanasında qətlə yetirildiyini müəyyən edib.

Ştat prokuroru Marilin Mosbinin sözlərinə görə, aprelin 12-də hospitala aparılan zaman Qreyin kəskin boyun ağrıları olub. O deyib ki, onun təhlükəsizlik kəməri bağlanmayıb və hətta tibbi yardıma ehtiyacı olduğunu söyləməsinə baxmayaraq zabitlər onu heç bir kömək etməyib. Xanım Mosbi habelə deyib ki, 25 yaşlı Qreyin üzərindən tapılan bıçaq açılıb-bağlanan cib bıçağı olub və onun bu bıçağı üzərində daşıması qanunidir.

"Cənab Freddie Qreyin başına gələnlərlə bağlı həqiqətin üzə çıxması çox mühümdür" - deyə ABŞ prezidenti Barak Obama ittihamların açıqlanandan sonra Ağ Evdə bildirib.

XS
SM
MD
LG