Accessibility links

Baltimor şəhərinin hakimi qaradərili gəncin polis nəzarətində ölümü ilə bağlı altı polis zabitinə qarşı irəli sürülən ittihamları qüvvədə saxlayıb.

Hakim bildirib ki, hər bir polisin ayrı-ayrılıqda məhkəməsi keçiriləcək.

Qərar hadisədən 3 ay sonra çıxarılıb. 25 yaşlı Fredi Qreyin polis avtomobilində qolları bağlı vəziyyətdə təzyiqlərə məruz qalıb.

Onlarla etirazçı məhkəmə binasının qarşısında dins aksiya keçirib.

Qreyin polis nəzarətində ikən ölümü ölkədə debatlara yol açıb.

Polis zabitləri özlərini günahkar hesab etmir.

XS
SM
MD
LG