Accessibility links

Məhkəmə Freddi Qrey işində Baltimor polisinə bəraət qazandırıb


Baltimor polis zabiti gənc qara dərili Freddi Qreyin ölümü ilə bağlı ittihamlardan bəraət qazanıb. Freddi Qrey keçən il polis avtomobilində aldığı xəsarətlərdən həlak olmuşdu.

Zabit Edvard Nero ikinci dərəcəli hücum, pis rəftar ittihamları ilə üzləşirdi.

O, bazar ertəsi günü keçirilən məhkəmədə bəraət qazanıb. Məhkəmə Neronu günahkar tanısaydı, onu 10 ilə qədər həbs cəzası gözləyirdi.

İttihamçılar 30 yaşlı polis zabitinin 25 yaşlı Qreyi 2015-ci il aprelin 12-də qeyri-qanuni olaraq həbs etdiyini və polis avtomobilinin arxasında onun təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik kəmərini taxmadığını bildirib.

Neronun vəkilləri bildikib ki, Nero Qreyi həbs etməyib və təhlükəsizlik kəmərinin taxılmasına görə, o yox, sürücü məsuliyyət daşıyır.

Polis avtomobilinin sürücüsü polis zabiti Sezar Qudson Qreyi xəstəxanaya aparmaqdan imtina etdiyi üçün ciddi ittihamlarla üzləşib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG