Accessibility links

Ban Gi Mun: Beynəlxalq ictimaiyyət Suriyadakı zorakılıqlara daha ciddi cavab verməlidir

  • Amerikanın səsi

Ban Gi Mun: Beynəlxalq ictimaiyyət Suriyadakı zorakılıqlara daha ciddi cavab verməlidir

Ban Gi Mun: Beynəlxalq ictimaiyyət Suriyadakı zorakılıqlara daha ciddi cavab verməlidir

BMT-nin baş katibi Ban Gi Mun beynəlxalq ictimaiyyəti Suriyadakı zorakılıqlara daha ciddi cavab verməyə çağırıb. Suriya prezidenti Bəşar Əl-Əsədi artmaqda olan zorakılıqlar və iğtişaşlara görə günahlandıran baş katib deyib ki, “artıq bəsdir”. O, Əl-Əsədin islahatlar vədinə işarə edib.

Bundan əvvəl isə Suriya müxalifəti İstanbulda Əsədə qarşı birgə mübarizə məqsədi ilə şura təsis edildiyini bəyan etmişdi. Şurada yarısı Suriyadan olmaqla, 140 üzv yer alacaq.

ABŞ şuraya dəstək verəcəyini bildirib, lakin koordinasiyaya ehtiyac olduğunu vurğulayıb. Eyni zamanda Amerika rəsmiləri Suriyada olan amerikalıların ölkəni təcili şəkildə tərk etmələrinə göstəriş verib.

Bu arada, Suriyanın təhlükəsizlik qüvvələrinin reydi zamanı 15 adam öldürülüb. Fəalların bildirdiyinə görə, insanların çoxu şimal-qərb Cəbəl Əl- Zaviyə və Deraa vilayətində, 5 nəfər isə mərkəzi Hama vilayətində öldürülüb.

XS
SM
MD
LG