Accessibility links

Ban Gi Mun: Hər yerdə insanlar öz hüquq və azadlıqlarının müdafiəsinə qalxır


Ban Gi Mun: Hər yerdə insanlar öz hüquq və azadlıqlarının müdafiəsinə qalxır

Ban Gi Mun: Hər yerdə insanlar öz hüquq və azadlıqlarının müdafiəsinə qalxır

O dünya ictimaiyyətini qlobal sülh, sosial ədalət naminə yoxsulları və köməksiz insanları müdafiə etməyə çağırıb.

BMT-nin Baş katibi Ban Gi Mun BMT günü münasibəti ilə dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

Sənəddə deyilir ki, bu yaxınlarda bəşər ailəsi özünün 7 milyardıncı üzvünə “xoş gəldin” deyəcək. “Bəziləri planetimizin çox basırıq olduğunu söyləyir. Mənsə deyirəm ki, biz 7 milyard olaraq güclüyük”.

Onun fikrincə, 66 il bundan öncə BMT-nin təsis edildiyi gündən bəri dünya nəzərəçarpacaq dərəcədə inkişaf edib. “İndi insanlar daha uzun ömürlüdür. Daha çox uşaqlarımız sağ qalır. Getdikcə daha çoxumuz demokratik qanunlar altında sülh şəraitində yaşayır”.

Sənəddə bu il dramatik il kimi qiymətləndirilir. “Bu dramatik ildə şahidi olduğumuz kimi, hər yerdə insanlar öz hüquq və azadlıqlarının müdafiəsinə qalxırlar. Lakin hələ də iqtisadi böhran, artan işsizlik və bərabərsizliyə, iqlim dəyişkənliyinə görə bütün bu inkişaf təhlükə altındadır”.

Baş katib hesab edir ki, dünyada çox sayda insan qorxu içində yaşayır. “Bir çox insan dövlətlərinin və qlobal iqtisadiyyatın daha onların gözləntilərinə cavab vermədiyini düşünür. Belə qarışıq vaxtlarda, yalnız bir çıxış yolu var: məqsəd birliyi”.

Sənədə görə, qlobal problemlər qlobal həll yolları tələb edir. “Onlar bütün millətləri dünya əhalisinin gündəliyində duran fəaliyyətləri həyata keçirmək üçün birləşməyə çağırır. Bu Birləşmiş Millətlər Təşkilatının ən başlıca missiyasıdır. Daha yaxşı dünya qurmaq. Heç kimi diqqətdən kənarda qoymamaq”.

Baş katib dünya ictimaiyyətini qlobal sülh, sosial ədalət naminə yoxsulları və köməksiz insanları müdafiə etməyə çağırıb. “Bu xüsusi gündə gəlin etiraf edək ki, Birləşmiş Millətlər Təşkilatına heç vaxt bu qədər ehtiyac duyulmayıb. Getdikcə daha sıx qarşılıqlı əlaqələrin olduğu dünyamızda, hər birimizin bir-birimizdən öyrənəcəyimiz var. Gəlin 7 milyard güclü insan olaraq qlobal ortaq xeyir naminə birləşək”, - deyə müraciətdə qeyd edilir.

XS
SM
MD
LG