Accessibility links

Ban Ki Moon Kosovonun gələcəyi barədə narahatdır

  • Cəmilə Aydın

BMT-nin baş katibi Kosovoda albanlar və serblər arasında barışığa səsləyib

BMT-nin baş katibi Ban Ki Mun Kosovanın ölkənin etnik cəhətdən bölünmüş şimal hissəsinin integrasiya edilməsinə dair strategiyası ilə bağlı narahatlığını bildirib.

Təhlükəsizlik Şurasına verilən hesabatda bildirilir ki, BMT rəhbəri xəbərdarlıq edib ki, əgər Kosovo hökuməti şəffaflığa və bölgələrlə əməkdaşlığa imkan vermədən hərəkət edərsə gərginlik arta bilər. Serbiya mətbuatına əsasən hesabat bazar ertəsi Kosovo üzrə mayda keçiriləcək müzakirə ilə bağlı şura üzvləri arasında yayılıb. Etnik alban rəhbərliyi 2008-ci ildə Kosovonun müstəqilliyini elan etdikdən sonra serblər və albanlar ərazinin şimalında iki hissəyə bölünüb.

XS
SM
MD
LG