Accessibility links

Ban Ki Mun Suriyada vəziyyətin fəlakətli olduğunu deyib


BMT-nin baş katibi Ban Ki Mun Suriyada döyüşən tərəfləri döyüşləri dayandırmağa çağırıb. O, ölkədəki vəziyyətin fəlakətli olduğunu deyib.

Cənab Ban bu gün Küveytdə BMT-nin humanitar yardım agentliyinin Suriya qaçqınlarına 1,5 milyard dollar yardım toplamaq məqsədilə keçirilən konfransında çıxış edib.

Küveyt və Birləşmiş Ərəb Əmirlklərinin hər biri Suriyaya kömək üçün 300 milyon dollar ianə edib.

Konfrans BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimininin Suriyanın parçalana biləcəyi barədə xəbərdarlıq etməsi və BMT Təhlükəsizlik Şurasını təcili fəaliyyət göstərməyə çağırmasından bir gün sonra keçirilir.

Təhlükəsizlik Şurası Suriyaya qarşı sanksiyaların tətbiq edilməsi üçün bir sıra tədbirləri nəzərdən keçirib, lakin Rusiya və Çin öz veto hüququndan istifadə edərək, prezident Bəşar Əl-Əsəd hökumətinin qınanmasına dair üç qətnamənin
qarşısını alıb.
XS
SM
MD
LG