Accessibility links

Ban Ki-Mun beynəlxalq ictimaiyyəti Somaliyə yardım göstərməyə çağırıb


Ban Ki-Mun beynəlxalq ictimaiyyəti Somaliyə yardım göstərməyə çağırıb
Ban Ki-Mun beynəlxalq ictimaiyyəti Somaliyə yardım göstərməyə çağırıb

BMT-nin Türkiyədə təşkil etdiyi konfransda çıxış edən cənab Ban Somalinin dünyada ən böhranlı regionlardan biri olduğunu bəyan edib

BMT baş katibi Ban Ki-Mun dünya ictimaiyyətini Somalidə sülhün bərqərar olması üçün həmin ölkənin hökumətinə yardım göstərməyə səsləyib. BMT-nin Türkiyədə təşkil etdiyi konfransda çıxış edən cənab Ban Somalinin dünyada ən böhranlı regionlardan biri olduğunu bəyan edib. O, əlavə edib ki, keçid federal hökuməti Somalinin müharibə siklindən qurtulması üçün bir imkan əks etdirir. Prezident Şərif Şeyx Əhmədin hökuməti Afrika Birliyi qüvvələrinin köməyi ilə Moqadişunun kiçik bir hissəsinə nəzarət edir. Ölkənin yerdə qalan hissəsi isə İslamçı qüvvələrin əlindədir. İstanbulda düzənlənən BMT konfransı həmçinin Somali sahillərində piratlığa qarşı mübarizə yollarını arayır.

XS
SM
MD
LG