Accessibility links

BMT Baş katibi səhiyyə işçilərinə karantin tətbiq edilməsinə qarşı çıxış edib


BMT-nin Baş katibi Ban Ki Mun Ebola xəstələrini müalicə etdikdən sonra öz ölkələrinə qayıtmış səhiyyə işçilərinə lazım olmadan karantin tətbiq edilməməli olduğunu deyib.

Vyanada BMT konfransında danışan cənab Ban səhiyyə işçiərinə, onun sözlərilə “elmə və tibbi zərurətə əsaslanmadan icbari şəkildə karantin tətbiq edilməsi” hallarına toxunub. “Onlar öz həyatlarını riskə qoyan fövqəladə insanlardır”-deyə cənab BMT baş katibi bildirib.

O deyib ki, virusun yayılmasının qarşısını almağın ən yaxşı yolu insanlar və ticarətə məhdudiyyətlərin qoyulması deyil, xəstəliyi öz mənbəyində dayandırmaqdan ibarətdir.

Kanada və Avstraliya xəstəliyin yayıldığı Liberya, Syerra Leone və Qvineyadan vətəndaşların ölkəyə girişinə qadağa qoyub. Bəzi Amerika siyasətçiləri Birləşmiş Ştatların eyni qaydanı tətbiq etməsinə çağırıb, ABŞ federal hökuməti bunun əleyhinə çıxış edib.

Syerra Leonedə Ebola xəstələrini müalicə edib ABŞ-a qayıtmış tibb bacısı Miçiqan ştatının məhkəməsinin çıxardığı qanunla karantinə məruz qalmayıb.

Syerra Leonenin özündə isə daha bir həkim Ebola xəstəliyi nəticəsində dünyasını dəyişib. O, Syerra Leonedə xəstəlik səbəbilə dünyasını dəyişən beşinci həkimdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG