Accessibility links

Ban Ki Mun Şimali Koreyanı raket sınaqlarına son qoymağa çağırır



BMT-nin Baş katibi Ban Ki Mun Şimali Koreyanın raket sınaqlarını dayandıracağına ümid bəslədiyini deyib. Baş katib bu açıqlamanı Şimali Koreyanın şənbə günü qısa mənzilli üç raketi sınaqdan keçirməsindən sonra verib.

Bazar günü Rusiyadan danışan BMT baş katibi Pxenyanı gələcəkdə raket sınaqları keçirməməyə və dünya qüdrətləri il durğunluqda olan nüvə danışıqlarını bərpa etməyə çağırıb.

Cənab Ban Suriyada vəziyyətlə bağlı Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Qara dəniz kurortu Soçidədir.

BMT-nin baş katibinin çağırışlarına baxmayaraq, rəsmi Seul Şimali Koreyanın bazar günü günorta Yapon dənizində dördüncü raketi sınaqdan keçirdiyi haqda xəbər verib.

Cənubi Koreyanın müdafiə naziri Kim Min-seuk Şimali Koreyanın məqsədlərinin aydın olmadığını deyib. O, Cənubi Koreyanın silahlı qüvvələrinin vəziyyəti yaxından izlədiyini əlavə edib.

Pxenyan bundan əvvəl ABŞ-Cənubi Koreya birgə təlimləri və fevral ayında BMT sanksiyalarına görə Cənubi Koreya və ABŞ-a qarşı nüvə hücumları həyata keçirməklə hədələmişdi.

Bir ay bundan əvvəl isə Şimali Koreya ölkənin şərq sahilində qısa mənzilli iki raket sınağı keçirmişdi. Pxenyan hərbi arsenalın yeniləşdirilməsi məqsədilə müntəzəm olaraq bu kimi sınaqlar keçirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG