Accessibility links

Suriya qaçqınlarının köçürülməsinin müzakirəsi üçün görüş təşkil edilib


BMT-nin baş katibi Ban Gi Mun Suriya qaçqınlarının köçürülməsini müzakirə etmək üçün Cenevrədə görüş təşkil edib.

“Biz dövrümüzün ən böyük qaçqın böhranını ünvanlamaq üçün buraya toplaşmışıq. Bu məsələdə BMT-yə üzv ölkələrə böyük dəstəyinə ehtiyac duyulur. Amma hər şeydən əvvəl bu görüş insanlar, bizim cəmiyyətimiz haqdadır.” – deyə Ban Gi Mun bildirb.

Görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından Filippo Qrandi Misir, İraq, İordaniya, Livan və Türkiyəyə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Qrandi qaçqın böhranının müzakirələrin mərkəzində yer almasının vacibliyini vurğulayıb.

BMT-yə üzv ölkələr qaçqınların məskunlaşması üçün 178 min yer hazırlanacağını vəd edib.

BMT-nin qaçqınlar üzrə agentliyi üç ildir Suriyadan köçməyə məcbur olan 4.8 milyon qaçqının onda birinin məskunlaşdırılması üçün yer axtarır.

XS
SM
MD
LG