Accessibility links

Ban Ki Mun Suriyanı fələstinli nümayişçilərin qarşısını almamaqda günahlandırıb

  • Amerikanın səsi

Ban Ki Mun Suriyanı fələstinli nümayişçilərin qarşısını almamaqda günahlandırıb

Ban Ki Mun Suriyanı fələstinli nümayişçilərin qarşısını almamaqda günahlandırıb

BMT-nin baş katibi Ban Ki Mun Suriyanı İsrailin işğalı altında olan Qolan təpələrinə daxil olan fələstinli nümayişçilərin qarşısını almamaqda günahlandırıb. May ayının 25-i İsrail dövlətinin yaradılması və iyun ayının 5-i Yaxın Şərq müharibəsinin ildönümləri keçirilən nümayişlər zamanı 27 adam öldürülmüşdü.

Ban Ki Mun deyib ki, Suriya atəşkəs xəttini keçən nümayişçilərin qarşısını almalı idi. BMT-nin baş katibi Suriya və İsraili təmkinli olmağa, provokasiyalara uymamağı cağırıb. Son 40 il ərzində İsrail-Suriya sərhədlərində sakitlik hökm sürürdü. Lakin bu son iki insidentə görə İsrail Suriyanı günahlandıraraq bildirib ki, Suriya diqqətləri ölkədəki iğtişaşlardan yayındaırmağa çalışır. Hər iki nümayiş zamanı İsrail qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etmiş, atəşkəs xəttini keçənləri atəşə tutmuşdu.

XS
SM
MD
LG