Accessibility links

Ban Ki Mun ikinci dönəm BMT-nin baş katibi vəzifəsinə təyin ediləcək


Ban Ki Mun ikinci dönəm BMT-nin baş katibi vəzifəsinə təyin ediləcək
Ban Ki Mun ikinci dönəm BMT-nin baş katibi vəzifəsinə təyin ediləcək

BMT-nin Təhlükəsizlik Şurası Ban Ki Munun ikinci dönəm baş katib vəzifəsinə namizədliyini təsdiq edib. Heç bir rəqibi olmayan baş katibin vəzifəyə yenidən təyinatı ABŞ və qurumun digər üzəri tərəfindən dəstəklənir. 192 üzvlü Baş Assambleya tərəfindən Ban Munun təsdiqi iyun ayının 21-də baş tutacaq. ABŞ prezidenti onun yenidən təyinatını alqışlayıb. Ağ Ev Ban Ki Munun apardığı islahatlar, Cənubi Sudan,Liviya və Haiti kimi ölkələrdəki böhranların həllində oynadığı rolunu yüksək qiymətləndirib. Cənubi Koreyanın 66 yaşlı sabiq xarici işlər naziri yenidən təyinat təklifinə görə quruma təşəkkür məktubu ünvanlayıb. O, 2007-ci ilin yanvar ayının birindən BMT-yə baş katiblik edir. Onun dönəmi dekabr ayının 31-də başa çatır.

XS
SM
MD
LG