Accessibility links

Ban Gi Mun: Suriyada şəhərlərin mühasirəsinə son qoyulmalıdır


BMT-nin baş katibi Suriyada şəhərlərin mühasirəsinə son qoyulmasına çağırıb. Ban Gi Mun tərəflərin aclıq yaratmaqla müharibə cinayətinə yol verdiklərini bildirib.

Ban Gi Mun
Ban Gi Mun

​“Suriya hökumıti də daxil edilməklə, bütün tərəflərin əsas borcu suriyalıların müdafiəsidir. Düşmənçiliyin bu kimi əməlləri beynəlxalq humanitar qanunlara ziddir”-deyə Ban Gi Mun xəbərdarlıqla çıxış edib.

Düşmənçiliyin bu kimi əməlləri beynəlxalq humanitar qanunlara ziddir

​BMT-nin baş katibi Suriya münaqişəsində iştirak edənləri insanların iztirabına görə ittiham edib. O, təcili, şətrsiz və maneəsiz şəkildə humanitar yardımlara şərait yaradılmasının vacibliyini vurğulayıb.

Yardımlara mane olunmamalıdır

Bazar ertəsi günü yardım agentlikləri oktyabr ayından bəri ilk dəfə olaraq üç şəhərə yardım çatdırıb. Madaya, Foua və Kefraya şəhərlərində insanlar aclıq çəkir.

“BMT-nin komandaları ürəkağrıdan səhnələrə şahid olub” –deyə BMT-nin baş katibi müxbirlərə bildirib.

​Ban Gi Mun yaşlı, qadın və uşaqların bir dəri, bir sümük, susuz olduqlarını, güclə yeridiklərini deyib.

Şəhərlərə yardımlar bu gün də maneəsiz çatdırılıb. 44 yük maşını ilə buğda unu və qiqiyena məhsulları sakinlər arasında paylaşdırılıb.

Sevinc göz yaşları

Madaya şəhərində insanlar yardımları göz yaxşı ilə qarşılayıb.

BMT-nin komandaları ürəkağrıdan səhnələrə şahid olub

​Foua və Kefraya şəhərlərinə ərzaq yardımı ilə 17 yük maşını istiqamət alıb. Maşınların 8-nin artıq yoxlanış məntəqəsindən keçdiyi bildirilir.

Qarşıdan gələn bazar günü şəhərlərin yanacaqla təmin edilməsi planlaşdırılıb.

Sülh danışıqları

Dekabr ayında BMT-nin Təhlükəsizlik Şurası Rusiya, ABŞ, və BMT-nin vasitəçiliyi ilə sülh danışqılarına dəstək verib. Danışıqlar yanvar ayının 25-də baş tutmalıdır.


BMT-nin baş katibi tərəfləri müharibəyə son qoyacaq siyasi təkliflərlə çıxış etməyə çağırıb.

Ban Gi Mun olduqca dərin fikir ayrılıqlarının mövcudluğunu etiraf etsə də, həmrəylik və kompromis nümayiş etdiriləcəyinə ümid bəslədiyini deyib.

XS
SM
MD
LG