Accessibility links

Banqladeş Roanu siklonunun təsirinə məruz qalıb


Banqladeşin cənub-şərq bölgələri Roanu siklonunun təsirinə məruz qalıb. 500 min adam evindən didərgin düşüb, 20 nəfər həyatını itirib. İnsanlar sığınacaqlara yerləşdirilir.

Bir sıra kənd daşqınlara məruz qalıb. Fəlakətin qurbanlarının çoxu düyü fermaçıları olub. Ölənlərin sayının artacağı ehtimal edilir.

​Amerikanın Səsinin bölgədə olan müxbirləri yüzlərlə evin ciddi dağıntılara məruz qaldığını bildirir.
Siklon zəiflədikdən sonra insanlar evlərinə qayıtmağa cəhd edir. Güclü külək və yağış elektrik xəttlərini kəsib.

Moheşxali adasından 100 mindən artıq insan evlərini tərk etməyə məcbur olub.

Fəlakətlə bağlı xəbərdarlıq yayılsa da, siklon gözlənildiyindən data tez başlayıb.

2.5 milyon əhalisi olan Çittaqonq şəhərinin hava limanında bütün uçuşlar təxirə salınıb.
Rəsmilər limanların da bağlandığını bildirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG