Accessibility links

Banqladeş polisi keçən həftə damın uçması nəticəsində 377 adamın öldüyü fabrikin sahibinin həbs edildiyini bildirib. Rəsmilərin bildirdiyinə görə, Məhəmməd Suhel Rana Hindistanla sərhəd yaxınlığında saxlanılıb.

Bundan öncə polis iki başqa fabrikin direktoru və iki mühəndisi həbs etmişdi. İşlə bağlı yeddi adamın saxlandığı bildirilir.

Polisin verdiyi məlumata əsasən, Rana və fabrikin müdiriyyətində olan başqa işçilər keçən həftənin çərşənbə axşamı günü müfəttişlərin xəbərdarlığına əhəmiyyət verməyərək, işçiləri bindan təxliyyə etməyib .

Xilasetmə işçiləri binanın altında qalmış insan cəsədlərini bazar günü də çıxarmağa davam edib. Damı uçan kompleks beş fabrikini birləşdirirdi. Çənbə günü dağıntılar altından 30 nəfər xilas edilib. Hadisə baş verən fabriklərdə üç mindən çox adam olub. Onlardan iki min dörd nəfər xiasl edilib.
XS
SM
MD
LG