Accessibility links

Suriya qüvvələri üç şəhərə hücum ediblər


Suriya qüvvələri üç şəhərə hücum ediblər

Suriya qüvvələri üç şəhərə hücum ediblər

Suriyada insan haqları qrupları təhlükəsizlik qüvvələrinin azı üç şəhərə hücum edərək, təkcə Baniasda 200-dən çox adamı saxladıqlarını deyirlər. Mərkəzi Homs şəhərində prezident Bəşar əl-Əsədin əsgərləri oğlan uşağını öldürüblər.

Dünən Baniasda Əsədə sadiq qüvvələr altı nümayişçisini öldürmüşdülər.

Şahidlər deyirlər ki, azı 25 tank 50000 əhalisi olan şəhərdə patrul çəkir. Saxlanılanlar sırasında 10 yaşlı uşaq da var.

Dünən Baniasda keçirilən nümayiş zamanı izdihama atəş açan Suriya qoşunları altı adamı, o cümlədən dörd qadını öldürüblər.

Fəallar bildirir ki, rəsmilər Banias və Homs şəhərlərinə elektrik və komunikasiya xətlərini kəsiblər.

İnsan haqları qrupları indiyədək Suriyada azı 600 adamın üsyan əsnasında həlak olduğunu bildirir. 8,000 adam itkin düşüb və ya saxlanılıb.

XS
SM
MD
LG