Accessibility links

İranın sabiq prezidenti deyib ki, Yaxın Şərqdə xalqın əsl arzusu demokratiyadır

  • Insafəli Hidayət

İranın sabiq prezidenti deyib ki, Yaxın Şərqdə xalqın əsl arzusu demokratiyadır

İranın sabiq prezidenti deyib ki, Yaxın Şərqdə xalqın əsl arzusu demokratiyadır

İranın sabiq prezidenti və hazırda Fransada yaşayan Dr. Bənisədr qeyd edir ki, iranlıların Yaşıl Hərəkatı ölkənin əsas məsələsinin həllini qaldırmadı, amma misirlilər və tunislilər asas məsələni qaldırdılar və qələbə çaldılar.

İran tarixində birinci dəfə prezident vəzifəsini yerinə yetirən Dr. Seyid Əbulhəsən Bənisədr Amerikanın səsi radiosuna müsahibəsində deyib ki, islahatçılar İranda islam rejimini dəyişib yeni bir rejim qurmaq istəmir.

Dr. Bənisədr Şimali Afrika və Orta Şərqdə baş verən inqilablar, xüsusilə Misir və Tunis inqilabı, İordaniya, Yəmən, Əlcəzair və Sudanda olan xalq hərəkətləri və bu ölkələrin bəzilərində hakimiyyətlərin dəyişməsi barədə fikrini bir atalar sözü ilə açıqlayıb: “Rejimlər köhnələn zaman məqsəd və hədəfini itirir. Belə olduqda isə hakimiyyəti əldə saxlamaq, əsas məqsədə çevrilir. Amma, hakimiyyətin qarşısında yeni nəsil və gənclərin məqsədi olur. Əgər, bu nöqteyi nəzərdən Misir və Tunis inqilablarına baxsaq, görərik ki, bu ölkələrin xalqları etiraz nümayişlərində iştirak etmişdilər, bu xalq hərəkatları İranın həm Yaşıl Hərəkatına, həm də 32 il əvvəl İslam inqilabı zamanındakı xalq hərəkatına oxşayır”.

O eyni zamanda deyib ki, ərəb inqilablarının məqsədləri Yaşıl Hərəkatından fərqlidir. “Belə ki, iranlıların Yaşıl Hərəkatında əsl şüar, seçkilərin rəsmi nəticələrinə etiraz olaraq "Rayi Mən Kocast?" yəni “Mənim səsim hardadı” şüarı idi. Amma, Misir və Tunis xalqı “Bizim haqqımız hardadır? Şüarı ilə çıxış edir”.

İranın sabiq prezidenti və hazırda Fransada yaşayan Dr. Bənisədr qeyd edir ki, iranlıların Yaşıl Hərəkatı ölkənin əsas məsələsinin həllini qaldırmadı, amma misirlilər və tunislilər asas məsələni qaldırdılar və qələbə çaldılar.

O bildirib ki, neçə illərdir bu bölgələrdə İranın islam inqilabına istinad edilərək, dünya və xüsusilə Qərb ölkələrinə deyilir ki, əgər diktatorluqlar deyişərsə, Misirdə, Tunisdə, Yəməndə, İordaniyada və Əlcəzairdə radikal islamçılar hakimiyyətə gələcək.

“Bu ölkələrin liderləri deyirdilər ki, ölkələrinin xalqları demokratiyaya hazır deyil. Hətta bəzi alimlər, tədqiqatçılar belə fikirləşirlər ki, region ölkələrində demokratiya üçün lazım olan müstəqil ədliyyə, məhkəmə, polis, ordu və müstəqil media yoxdur”. Prezident Bənisədr bu fikri qəbul etmir və deyir ki, İranda 32 il əvvəl baş verən inqilabdan sonra ölkədə azadlıq və media azadlığının baharı idi. “Tehranda əvvəlcə misli görünməmiş azadlıqlar var idi, amma ölkəyə nəzarət edənlər, amerikalıların girov tutulması, inqilab məhkəmələrinin yaranması, İran-İraq müharibəsi və iqtisadi blokadadan istifadə edərək hökumət çevrilişi etdilər”.

Cənab Bənisədr 32 il əvvəl və İslam inqilabından bir il sonra seçicilərin doxsan faizindən çoxunun səsi ilə prezidentliyə seçilib. Amma, Ayətullah Ruhullah Xomeynilə yola getmədiyi üçün, Xomeyninin əmri əsasına, İranın birinci parlamenti Dr. Seyid Əbulhəsən Bənisədri vəzifədən kənarlaşdırıb və Bənisədr həyatı təhlükə qarşısında olduğuna görə İrandan Fransaya qaçmaq məcburiyyətində qalıb.

Prezident Bənisədr, Ayətullah Xomeyninin Fransada ikən verdiyi sözlərə işarə edib deyir ki, Xomeyni Fransanın Lofoloşato şəhərində olarkən bütün azadlıqları və insan haqlarını qəbul edirdi, amma İranda hakimiyyəti ələ keçirəndən sonra dediklərinə əməl etmədi.

Onun fikrincə, indi Tunisdə Əlnehzət və Misirdə Müsəlman Qardaşlığının liderləri Xomeyninin həmin sözlərini təkrar edirlər, amma onlar Xomeyni kimi İslamdan siyasi vasitə kimi istifadə etmək istəmirlər. “Onlar gördülər ki, İranda siyasi islamın təcrübəsi, demokratiyaya uyğun gəlmədi. Buna görə də bu təcrübəni istəmirlər”.

Dr. Bənisədr əlavə edib ki, hazırda İranda da demokratiya üçün baza mövcuddur və ölkə demokratiyaya hazırdır.

Cənab Bənisədr Vaşington institutunun apardığı tədqiqatın nəticələrinə istinadən deyib ki, hazırda Misirdə Müsəlman Qardaşlığının 8 faiz tərəfdarı var. “Bu gün ölkədə seçki keçirilsə onlar parlamentdə yerlərin yalnız 1,5 faizini əldə edə bilər. Fransada çap olunan Lemond qəzeti "Post İslamist" məqaləsində göstərir ki, bu günki müsəlman ölkələrində islamın, siyasi qüdrəti ələ alması fikrinin tərəfdarı yoxdur. Ona görə ki, xalqların müəyyən istəkləri var və onlar bu istəklər əsasında diktatorluqlara qarşı mübarizə aparır. İnsanlar iş, azadlıq, insan haqları və aydın gələcək tələb edir”.

Prezident Bənisədr İranın islam dövləti təcrübəsinin nöqsanlarına işarə edərkən deyib ki, Misir və Tunisdə yəqin ki, bundan nəticə çıxardacaqlar. Bununla belə, o İran təcrübəsinin həmin ölkələrdə təkrar olunmasını da istisna etmir.

O Yaşıl Hərəkatın liderlərinin işlərinə işarə edərək deyir ki, onlar İran xalqını Misir xalqını müdafiə üçün meydanlara çağırır. “Bu çağırış o zaman edilir ki, Misir xalqı hakimiyyəti və rejimi artıq dəyişib, qələbə əldə edib və bizim, yəni iranlıların himayəsinə ehtiyacları yoxdur. Əgər, himayəyə ehtiyacı olan varsa, bu elə iranlıların özləridir”.

Cənab Bənisədr hesab edir ki, Yaşıl Hərəkatın liderləri məqsədlərini dəyişməlidir və xalqa deməlidirlər ki, “Misirdə xalqın qələbəsi, bizə əsl məqsədimizi müəyyənləşdirməkdə kömək etdi.

Bunun əvəzində İran müxalifətinin liderləri əvvəlki hədəflərini təkrar edib, xalqı meydanlara gətirmək istədilər”.

Prezident Bənisədr Yaşıl Hərəkatın liderlərini tənqid də edir. “Liderlər xalqı Misir də olan hərəkatı himayə üçün xiyabanlara çağırdıqlarına görə bir qədər müqəssirdirlər. Onlar gərək qəbul etsinlər ki, hələ müəyyənləşmiş açıq bir məqsədləri yoxdur”.



XS
SM
MD
LG