Accessibility links

ABŞ-ın ikinci ən böyük bankının icraçı direktoru satışlarla bağlı yaranan qalmaqaldan sonra vəzifəsindən istefa verib.

San Fransiskoda yerləşən Uels Farqo bankı çərşənbə günü Con Stampın vəzifəsindən istefa etdiyini açıqlayıb. Onu Tim Sloan əvəzləyəcək.

Uels Farqo şirkəti müştərilərin icazəsi olmadan işçilərinin satışları yüksək göstərmək məqsədilə açdıqları bank hesablarına görə, 185 miliyon dollar cəza ödəməsinə məhkum edilib.

Həmin vaxtdan etibarən bank üzərində federal və ştat çərçivəsində təhqiqata başlanıb. Qalmaqalla bağlı bankın 5300 işçisi vəzifəsindən azad edilib.

XS
SM
MD
LG