Accessibility links

Bank fırıldaqçılığında təqsirləndirilən 4 iranlı ölüm cəzasına məhkum edilib


İran valyutası

İran valyutası

Bank fırıldaqçılığı haqqında iş üzrə daha iki nəfər ömürlük həbs cəzasına məhkum edilib. Təqsirləndirilən bir neçə nəfərin hər biri isə 25 il azadlıqdan məhrum edilib.

Bank fırıldaqçılığında təqsirləndirilən 4 iranlı ölüm cəzasına məhkum edilib. Həmin şəxslər banklara 2,8 milyard dollar həcmində zərər verib. Trend agentliyinin məlumatına görə, bu barədə iyulun 30-da İran Ədliyyə Nazirliyinin mətbuat katibi Qulamhüseyn Möhsüni Əjeyi bildirib.

O əlavə edib ki, bank fırıldaqçılığı haqqında iş üzrə daha iki nəfər ömürlük həbs cəzasına məhkum edilib. Təqsirləndirilən bir neçə nəfərin hər biri 25 il azadlıqdan məhrum edilib.
Bank fırıldaqçılığı haqqında iş üzrə cəmi 39 nəfər həbs edilib.
Məhkəmə prosesi fevralın 19-da başlayıb. Həbs olunanlar İran banklarından ölkə tarixində ən yüksək məbləği oğurlamaqda təqsirləndirilir.

Söhbət qanunsuz akkreditivlər və iri həcmdə bank kreditləri almaq üçün nüfuzundan dövlət məmurları üzərində istifadə etməkdə təqsirləndirilən Əmir Mansur Aryanın qrupundan gedir.
İş üzrə 7 dövlət və özəl bankının adı keçir. Həmin banklarda fırıldaqçılıq, kreditlərin təmin edilməsi üçün sənədlərin saxtalaşdırılması faktları aşkar edilib.
Məhkəmənin sonuncu iclasında təqsirləndirilən 7 şəxs maliyyə fırıldaqçılığı üzrə günahkar bilinib. Analoji cəza əvvəllər bank fırıldaqçılığının 17 iştirakçısına verilmişdi.
XS
SM
MD
LG