Accessibility links

İqtisad elmləri doktoru Qubad İbadoğlu Azərbaycanın bank sektorunda işçilərin ixtisarının davam edəcəyini bildirir.

O Facebook səhifəsində bildirirb ki, ilin əvvəli ilə müqayisədə noyabrın 1-nə bankların müştərilərinin sayı 582 452 nəfər artıb, amma bu ilin ikinci yarısından bank sektorunda başlayan ixtisarlara görə 1000 nəfərədək işçi işi ilə vidalaşıb.

Hazırda banklarda çalışanların ümumi sayı 21.500 nəfər təşkil edir. Gələn ildən işçilərin siyahı sayında azalmanın daha üstün templə davam edəcəyi gözlənilir. Bunu şərtləndirən başlıca amillərdən biri bankların kredit qoyuluşlarının azalmasının tendensiya xarakteri almasıdır. Bu isə yalnız iqtisadiyyatda işgüzar fəallığın azalması ilə deyil, həmçinin kredit faizlərinin hələ də yüksək olması ilə əlaqədardır. Bütün bu proseslərin nəticəsində bank fəaliyyətinin maliyyə nəticələri pisləşməkdə, həm zərərlə işləyən bankların və həm də zərərin məbləği artmaqdadır. Bu tendensiya növbəti ildə bank sektorunda böhran hallarına gətirib çıxara və iş yerlərinin daha çox ixtisarını şərtləndirə bilər. Odur ki, Mərkəzi Bank növbəti ilin pul-kredit siyasətinin əsas istiqaməltlərində bankların sağlamlaşdırılması və onların karpitalının təmərküzləşdirilməsi siyasətini davam etdirməlidir.

Mərkəzi Bank ekspertin fikirlərinə münasibnət bildirməyib.

XS
SM
MD
LG