Accessibility links

ABŞ-ın Mərkəzi Bankına Canet Yellen rəhbərlik edəcək


Gələn aydan bəri ABŞ-ın Mərkəzi Bankına rəhbərlik edəcək Canet Yellen Amerika iqtisadiyyatının dirçəldiyini deyir.

“Time” jurnalına müsahibəsində Yellen bildirib ki, Federal Ehtiyatlar Bürosunun siyasəti bu il iqtisadiyyata 3 faizdən çox artım gətirəcək.

O, Amerikanın 2008-2009-cu illərin iqtisadi tənəzzülündəndən sonra olduqca yavaş dirçəldiyini deyib. Lakin Yellen daha çox insanın iş yerlərinə qayıtdığını vurğulayıb.

67 yaşlı xanım Yellen Mərkəzi Banka rəhbərlik edəcək ilk qadın olacaq. O, 8 illik müddəti yanvar ayında başa çatan Ben Bernankeni əvəz edəcək. Mərkəzi Bankın yeni rəhbəri kimi Canet Yellenin baxışları qlobal iqtisadiyyatda əhəmiyyətli rol oynaya bilər.

Ötən ilin ilk 9 ayı ərzində ABŞ-da 2.6 faiz, iyul-sentyabr aylarında isə 4.1 faiz iqtisadi artım qeydə alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG