Accessibility links

Qubad İbadoğlu: Azərbaycanda hər üç nəfərdən birinin banklara borcu var


Manat
Manat

İqtisad elmləri doktoru Qubad İbadoğlu Azərbaycanda əhalinin 38 faizinin banklara kredit borcu olduğunu bildirib. Onun Facebook səhifəsində yaydığı məqaləsini təqdim edirik:

Azərbaycanda hər 3 adamdan ən azı 1-nin banklar qarşısında borc öhdəliyi var. Əgər bu günə qədər banka borcunuz yoxdursa və cibinizdə hətta 1 manat pulunuz varsa deməli siz ölkə əhalisinin 38 faizindən varlısınız.

Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) üzrə 2015-ci ilin 9 ayının yekunlarına görə, oktyabrın 1-nə ölkədə borcalanların sayı 2 milyon 505 min 575, zaminlərin sayı isə 1 milyon 184 min 202 nəfər olub. Bu o deməkdir ki, ölkə əhalisinin 38,5 faizi və ya 3,7 milyon nəfərinin 44 bank və 41 bank olmayan kredit təşkilatı qarşısında birbaşa və dolayı yolla öhdəliyi vardır. Müqayisə üçün qeyd edək ki, son 5 ayda birbaşa borcu olanların sayı 90 min nəfərdən çox, zaminlərin sayı isə 70 min nəfərə qədər artırb.

MKR-in digər açıqlamasına görə, ölkə üzrə bütövlükdə kredit məlumatlarının sayı 10,4 milyondan çox olub. Deməli, orta hesabla 1 borcalanın 4 bank qarşısında öhdəliyi formalaşıb. Bu isə belə izah oluna bilər ki, 1 banka borcunu ödəyə bilməyənlər digər banklardan da kredit götürməklə vəziyyətdən çıxmağa çalışırlar. Bu da bir çox bank və bank olmayan kredit təşkilatlarında borcalanlarla işin düzgün qurulmadığını xarakterizə edir.

Yekun olaraq onu qeyd etmək istərdim ki, ölkədə hər 3 adamdan ən azı 1-nin banklar qarşısında bu və ya digər qaydada borc öhdəliyi formalaşıb. Əgər sizin banka borcunuz yoxdursa və cibinizdə hətta 1 manat pulunuz varsa deməli siz ölkə əhalisinin ən azı 38 faizindən varlısınız.

Öz növbəsində, rəsmi qurumlar məqalədə əks olunan fikrilərə münasibət bildirməyib. Son aylarda banklar qarşısında on milyonlarla kredit borcunu ödəyə bilməyən çoxsaylı insanların saxlanması və ya həbsi barədə xəbərlər yayılmaqdadır. Hüquq mühafizə orqanları bu məlumatlara şərh vermir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG