Accessibility links

“Yunayted Kredit Bank” və “NBCBank”-ın lisenziyası ləğv edilib


Bank

Bank

“Yunayted Kredit Bank” ASC və “NBCBank” ASC banklarının lisenziyaları ləğv edilib. Bu barədə Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti yanvarın 25-də qərar qəbul edib.

Qərarda deyilir ki, bu banklar məcmu kapitalın minimum məbləği tələbinə əməl etməyib, kreditorları qarşısında öhdəliklərini icra edə bilməyib, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməyib.

Yanvarın 26-dan hər iki banka müvəqqəti inzibatçı təyin edilib.

Mərkəzi Bankı bildirir ki, “NBCBank” ASC və “Yunayted Kredit Bank” ASC-də Əmanətlərin Siğortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

Bu gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov “AGBank” ASC və “DəmirBank” ASC konsolidasiya olunacağını da bildirib.

APA agentliyi Rüstəmova istinadən bildirir ki, artıq hər iki bank arasında konsolidasiya ilə bağlı ilkin razılıq protokolu imzalanıb.

“Bu addım Azərbaycanın bank sektorunun sağlamlaşdırılması istiqamətində atılan addımlardan biridir”, AMB sədri bildirib.

Yaxın perspektivdə hansısa bankın lisenziyasının ləğv olunması ilə bağlı suala cavab verən E.Rüstəmov bildirib ki, bu proses davam edəcək.

Xatırladaq ki, son bir neçə gündə “Bank of Azerbaijan” və “GəncəBank"ın lisenziyaları ləğv edilib.

Azərbaycanda son dövrlərədək 43 bank fəaliyyət göstəriridi. Hazırdfa 39 bank fəaliyyətdədir.

XS
SM
MD
LG