Accessibility links

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırma nəticəsində müəyyən edilib ki, “Atrabank” ASC-nin “Bakı” filialının vəzifəli şəxsləri bankdan kredit və nağd şəkildə pulların çıxarılması məqsədilə Səbail rayonunda fəaliyyət göstərən lombardın işçisi Yasəmən Abdullayevanın vasitəsilə saxta qızıl məmulatlarını 2011-ci ildən başlayaraq müxtəlif vaxtlarda banka girov qoymaqla 350 min manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirib.

Fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

XS
SM
MD
LG