Accessibility links

Banklarda valyuta qıtlığı yaşanır


Dollar
Dollar

Azərbaycanda dolların bahalaşması banklarda valyutanın 100-300 dollar arası limitlə satılmasına gətirib çıxarıb. Banklar valyuta qıtlığının səbəbini hərracdan ehtiyac olduğu qədər xarici valyuta ala bilməmələri ilə izah edirlər. Bu barədə fins.az saytı məlumat yayıb.

Sayt bildirir ki, hazırda Bakı şəhərində azı 6 kommersiya bankı nağd dollar satışını tamamilə dayandırıb. Bankların əksəriyyəti isə dollar satışına 100-300 dollar məbləğində limit tətbiq edib.

Bankların dollar satışına limit tətbiq etməsi “qara bazar”ın aktivləşməsinə səbəb olub.

Hazırda bu bazarda valyuta əməliyyatları limitsiz reallaşdırılır. “Qara bazar”da bir dolların alış kursu 1.70 manat, satışı isə 1.71 manat təşkil edir.

Avronun alış-satış məzənnəsinə gəlincə, alış 1.90, satış 1.92 manat təşkil edir.

Avqustun 25-də rəsmi valyuta məzənnələri dollar üzrə 1.6245 manat, avro üzrə 1.8308 manatdır.

Belə ki, bu gün Dövlət Neft Fondu kommersiya banklarına 50 milyon dollar satıb. Amma, tələb bundan dəfələrlə çox olub.

İqtisadçı ekspertlər hesab edir ki, manatın ucuzlaşması davam edəcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov modern.az saytına bildirib ki, əgər banklarda dollara tələb 500-600 milyondur və bunun müqabilində 50-60 milyon ala bilirlərsə, yaranmış vəziyyət başa düşüləndir.

“Problem çoxdur, həlli üçün çevik addımlar atılmalıdır. Hələ 2004-cü ildə cənab prezident qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyini vurğulamışdı. Təəssüflər olsun ki, bununla bağlı tapşırıqlar tam olaraq icra edilmədi”, Əhmədov qeyd edib.

Onun sözlərinə görə, Mərkəzi Bankın apardığı dollar-manat siyasəti yumşaq şəkildə həyata keçirilir, şok terapeya edilmir.

“Manatın yumşaq şəkildə ucuzlaşması davam edəcək. Mən sərt devalvasiyaya gediləcəyini gözləmirəm. Buna ehtiyac da görmürəm. Amma nəzərə almaq lazımdır ki, “qara bazar”da dollar satışı aktivləşib. İnsanlar məcburən 1 dolları 1,70-1,72 manata alırlar. Görünən odur ki, burda müəyyən maraqlı qüvvələr var. Onların qarşısını almaq isə hüquq-mühafizə orqanlarının, hökumətin birbaşa səlahiyyətindədir”, deputat bildirib.

Milli Məclisin deputatı ilin sonuna qədər 1 manatın 1,80 dollara qədər bahalaşacağını düşünür.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG