Accessibility links

Bankların fiziki şəxslərin əmanətləri üzrə ödədikləri faiz gəlir vergisindən azad edilib


Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Yeni dəyişikliyə əsasən, 2016-cı il fevralın 1-dən etibarən 3 il müddətində yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad olunub.

İqtisadçı ekspert Məhəmməd Talıblı bildirib ki, Mərkəzi Bankın valyuta ehtiyatları azalır.

“Digər tərəfdən paradoksal vəziyyət yaranıb: valyuta bazarında həm dollar qıtlığı yaşanır, həm də manatla əməliyyatlar azalıb. Belə bir vəziyyətdə əmanətlərin qəbulu üçün banklar əvvəllər 8 faiz təklif edirdilərsə, indi hazırda bu səviyyə 13 faizə qədər yüksəlib. Bu da effekt vermir. İndi daha bir addımla banklara əmanət cəlbini stimullaşdırmaq üçün onların 3 il ərzində vergilərdən azad edilməsi nəzərdə tutulur. Mənim qənaətimə görə, iqtisadiyyatda hərarət xeyli aşağı düşübsə, bu zaman valyuta bazarında, xüsusilə monetar sferada pozitiv dəyişikləri gözləmək sadəlövhlük olar", o qeyd edib.

XS
SM
MD
LG