Accessibility links

Banqkokda fermerlər etiraz aksiyası keçirib


Yüzlərlə fermer Bankokda Ədliyyə Nazirliyinin önündə toplaşaraq proqramı çərçivəsində dövlətə satılan düyünün pulunu ödənməsini tələb ediblər.

Nümayişçilərin lideri bildirib ki, onlar Müdafiə Nazirliyinin önündə da etiraz aksiyası keçirməyi planlaşdırırlar. Baş nazir Yinqluk Şinavatranın Müdafiə Nazirliyində müvəqqəti iş otağı var. Fermerlər nazirlik önündə toplaşaraq, baş nazirin pulun ödənməsi üçün tədbir görülməsini tələb edirlər.

Düyüyə görə dotasiya proqramı ilə yanaşı hökumətin digər populist qanunları 2011-ci il seçkilərində xanım Yinqlikun partiyasının qələbə çalmasına kömək edib.

Baş naziri devirmək istəyən hökümət əleydarı nümayişçilər bu proqramın şəffaf olmadığını deyirlər.

Fevralın 2-də hökümət əleydarları seçkilərin qarşısını almağa çalışaraq bir neçə məntəqədə səs vermənin keçirilməsinə mane olub. Ancaq parlament üzvləri tam seçilənə qədər administrasiyanın idarə olunması hökümətin nəzarətində qalacaq.

Bu arada, seçkilər üçün yeni tarixin müəyyən edilməsi məsələsində hökümətlə seçki komissiyası arasında münaqişə yaranıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG