Accessibility links

Şübhəli şəxslərin axtarışı davam etdirilir

22 nəfərin ölümü ilə nəticələnən partlayışın baş verdiyi Banqkok məbədi yenidən ictimaiyyətə açılıb. Tailand rəsmiləri isə şübhəli şəxslərin axtarışlarını davam etdirirlər və hücumun mümkün səbəblərini araşdırırlar.

Çərşənbə axşamı populyar Eravan məbədində rahiblər ibadətlərə başçılıq edib və sakinlər orada çiçəklər qoyublar. Bazar günü Tailandın paytaxtının mərkəzində baş verən hücum nəticəsində 120-dən çox insan yaralanıb.

Mühafizə kameralarının çəkdiyi görüntülərdə arıq tünd saçlı və sarı köynəkli bir gəncin bel çantasını skamyanın altına qoyaraq hadisə yerindən yavaşca uzaqlaşdığı görünür və daha sonra partlayış baş verir.

Rəsmilər bu gəncin bombadaşıyan olduğunu güman edirlər, lakin hücumda digərlərinin əlinin olub-olmadığını müəyyən edilməyib. Hücumun məsuliyyətini heç kəs üzərinə almayıb.

Məbəd illər boyu müxtəlif siyasi fraksiyalar hökümətə qarşı etiraz aksiyaları keçirdiyi ərazidə yerləşir.

Son il ərzində Tailandın hərbi höküməti etirazları qadağan edib və demokratiya ləğv edilərək ölkənin yeni seçkilərə hazır olmadığını bildirib.

XS
SM
MD
LG