Accessibility links

Banqkokda hindu məbədində partlayış baş verib


Nəticədə azı 27 nəfər həlak olub, onlarla insan isə xəsarət alıb.

Bazar ertəsi mərkəzi Banqkokda yerləşən Hindu ziyartəgahında baş verən partlayış nəticəsində azı 27 nəfər həlak olub, onlarla insan isə xəsarət alıb. Bu, son on ildə Tailand paytaxtındakı ən dəhşətli bomba hücumudur.

Yerli vaxtla axşam saat 7 radələrində baş verən partlayış Ratçaprasonq kommersiya qovşağının yaxınlığında yerləşən Eravan Məbədini baş verib.

Amerikanın Səsinin müxbiri Stiv Herman məbədin içində 6 cəsədi gördüyünü və azı bir nəfərin təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldığını bildirib.

Hermanın sözlərinə görə, o saatlarda məbəddə yüzlərlə insan olur.

Hadisə yerində çəkilən videoda küçə boyu və maşınların üzərində bədən hissələrinin olduğu görünür.

Özünü polis zabiti kimi təqdim edən şəxs partlayışa bəzilərinin dediyi kimi avtomobil qəzası deyil, bombanın səbəb olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG