Accessibility links

Banqladeş polisi cinayətlərdə şübhəli bilinən 5000 nəfəri həbs edib


Banqladeş polisi bildirib ki, dini azlıqlar və dünyəvi fəallara qarşı zorakılıqlar törətməkdə şübhəli bilinən 5000-ə yaxın cinayətkar həbs edilib.

Rəsmilər bildirib ki, həbs edilənlər arasında 85 militant da var və onlar spesifik ittihamlar əsasında saxlanılıb.

Həbslər narkotik kartelləri və militantlara qarşı reydlər keçirən yüksək rütbəli polis rəsmisinin xanımının Çittaqonq şəhərində qətlə yetirilməsindən bir gün sonra başlayıb.

Militantlar keçən ildən bəri Banqladeşdə 30-a yaxın bloqqeri, qey fəallarını, xristianlar və hindliləri öldürməkdə günahlandırılır.

İslam Dövləti qrupu 20-dən çox qətlə görə məsuliyyəti öz üzərinə götürüb.

İŞİD militantları keçən həftələrdə qətlə yetirilən hind monastırının işçisi, hindli rahib və xristian sahibkarın qətlinə görə məsuliyyəti öz üzərinə götürüb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG